Alqoritm dərnəyinin rəsmi veb səhifəsi - Olimpiadalarda necə uğur qazanmaq olar?
Çərşənbə axşamı, 24.01.2017, 07:57
Xoş Gördük Guest | RSS

ALQORİTM dərnəyi

Əsas menyu
Statistika

Hazırda onlayn : 1
Qonaqlar : 1
İstifadəçilər : 0

Sizin İP : 23.23.37.116
Veb səyyah :



Olimpiadalarda necə uğur qazanmaq olar?

Olimpiadada necə uğur qazanmalı.

 

 

Necə etmək olar ki, müxtəlif fənlər üzrə   beynəlxalq olimpiadalarda uğurla iştirak edib medallar qazanmaq mümkün olsun? Bu sual məni çoxdandır düşündürür. Bu suala cavab tapmaq üçün  məşhur İbn-Sinanın şəxsi həyatında baş vermiş bir əhvalat yadıma düşdü.  İbin-Sina (onun əsl adı Hüseyn olub) həyatda ilk addımlarını atıb oynayarkən onun  saxsıdan  hazırlanmış sevimli oyuncağı yerə düşüb sınır. Balaca İbn Sina bu  hadisəyə təəccüblə baxıb "nə üçün ?” sualını verir.  Deyilənlərə görə, o, dil açarkən ilk dediyi söz bu iki kəlmə  olmuşdur. Bu iki  kəlmə söz onun dil açdığı ilk söz olsada  həyatda  bir çox sirlərin açılmasının açarı olmuşdur. İbn-Sina həyatı boyu bir çox sirləri açmaq üçün bu sualı verərək onlara cavab axtarmağa çalışmış və  bu sualın cavabları onu şöhrətli bir həkim,  riyaziyyatçı, filosof , şair, astronom kimi məşhur etmişdir.

Məncə, beynəlxalq olimpiadalarda nə üçün üğur qazanmırıq sualını verməyin və bu suala cavab axtarmağın   məqamıdır? Bunun üçün ilk növbədə fənn olimpiadalarının təşkili və aparılmasına dair əsasnamə nəzərdən keçirilib yenidən işlənməli  və məktəblərdə bu məsələyə ciddi şəkildə riayət olunmalıdır. Ən başlıcası isə şagirdlərdə olimpiadalara maraq oyatmaq üçün onlara olimpiadanın nəticələrinə görə müəyyən stimullaşdırıcı cüzəştlər olmalıdır. Əvvəllər olimpiadanın respublika mərhələsində I yer tutan şagirdlərə respulikanın ali məktəblərinə müvafiq ixtisaslar üzrə imtahansız qəbul olunmaq şansı verilirdi. Bu gün də Təhsil Qanununun   26-cı maddəsinin  5-ci bəndinə görə Dünya fənn olimpiadalarının qızıl, gümüş və ya bürünc medalını  qazanan hər bir şəxs  ali məktəblərin müvafiq fakültələrinə imtahansız qəbul olunurlar.  Lakin əsas məsələ bu medalları qazanmaq şansıdır. Çox təəssüflər olsun ki. bütün fənnlər üzrə beynəlxalq fənn olimpiadalarında medal qazanmaq şansı demək olar ki, çox aşağı  səviyyədədir. Mən bu məsələni informatika fənni üzrə olimpiada ilə üzun müddət məşğul olduğum üçün informatika fənninin  timsalında olimpiadanın təşkili haqqında fikirlərimi bildirmək istəyirəm.  

İnformatika üzrə olimpiada haqqında fikirləşdikdə ilk öncə bu sahədə geniş təcrübəyə malik 1990-cı ildən məktəblilər arasında informatika üzrə respublika olimpiada­sının münsiflər heyətinin sədri, 1993-cü ildən Beynəlxalq İnformatika Olimpiadalarında Azərbaycan komandasının rəhbəri,  2003-cü ildən  Proqramlaşdırma üzrə Beynəlxalq Tələbə  Olimpiadasının  (ACM/İCPC) regional ¼ finalına başçılıq edən və həmçinin orta mək­təb III-XI siniflər üzrə informatika dərsliyinin müəlliflərindən biri  Bakı Dövlət Universitetinin professoru Ramin Mah­mud­zadənin zəhmətinin qeyd olunmasını istərdim.  Demək olar kı, informatika  olimpadaları Ramin müəllimin həyatının bir hisssəsidir.

Şagirdlərin informatika üzrə olimpiadalara hazırlaşmasında "İliin ən yaxşı” müəllimi müsabiqəsinin qalibi, informatika dərsliklərinin müəlliflərindən biri  "İnformatik.az " saytına rəhbərlik edə Naidə İsayevanın gördüyü işləri xüsusi qeyd etmək lazımdır. "İnformatik.az " saytında  "Ramin  Mahmudzadənin proqramlaşdırma məktəbi”, "e-olimp.com” saytının  azərbaycan bölməsinin yaradılması bu sahə üzrə məşğul olan müəllim və şagirdlər üçün çox böyük əhəmiyyətə malik bir işdir .   

İnformatika üzrə olimpiadalar haqqında görülən işlərdən ən əhəmiyyətli və mən deyərdim ki , çox böyük zəhmət əsasında başa gəlmiş vəsaitlərdən biri də Təhsil Nazirliyinin  TİMS  şöbəsinin müdiri İsmayıl  Sadıqovun   "Beynəlxalq informatika olimpiadaları 1989-2011 " kitabıdır. Şagirdlərin olimpiadalara hazırlanmasında və həmçinin bu sahə üzrə məşğul olan müəllimlər üçün çox dəyərli mənbələrdən biridir. Kitabda 1989-2011 ci illəri əhatə edən  Beynəlxalq informatika olimpiadaları haqqında çox geniş informasiya əldə etmək olar. Həmçinin kitabda bu illəri əhatə edən Beynəlxalq olimpiadanın məsələləri ilə geniş tanış olmaq olar.  Həmçinin kitabda azərbaycan komandasının Beynəlxalq olimpiadada göstərdiyi nəticələr haqqında ətraflı məlumatlar daxil olmuşdur.

Olimpidalarda  uğur qazanmağın səbəbləri bu sahənin Respublika səviyyəsində bir qədər  məqsədli şəkildə təşkilinə böyük ehtiyac hiss olunur. Bir müəllim kimi bu işin təşkilini aşağıdakı kimi görürəm.

Respublikamızın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  bütün sahələrdə aparılan quruculuq işlərini mən də ürəkdən alqışlayıram. Xüsusilə paytaxtımızda və demək olar ki, bütün bölgələrdə İdman  Olimpiya mərkəzlərinin yaradılması gənclərin sağlam böyüməsində, asudə vaxtlarının səmərəli keçirilməsində  mühüm əhəmiyyətə malikdir.Bu günlərdə Qusar rayonunda Şahdağ qış idman kompleksində yaradılmış şəraiti gördükdə insan qürur hissi keçirir. Lakin idmanla yanaşı müxtəlif fənlər üzrə istedadlı şagirdlərin aşkar edilməsində onların üzə çıxarılmasında fənn olimpiadalarının da  çox böyük əhəmiyyəti vardır.  Bunun üçün ilk növbədə Bakı şəhərində  "OLİMPİADA MƏRKƏZİ” nin yaradılması çox mühüm əhəmiyyətə malik olardı. İnşa ediləcək bu mərkəzdə Beynəlxalaq olimpiadaların strukturundan asılı olaraq  mərkəzin quruluşunun  aşağıdakı kimi olmasını belə təsəvvür edirəm.  Gələcəkdə belə bir mərkəzin strukturunu mütəxəssislər qrupu ilə müzakirə edib daha məqsədli təşkil etmək olar.

Hələlik bu mərkəzin strukturunu aşağıdakı quruluşda olmasını təklif edirəm.

1. Əsas korpus 5 bölmədən riyaziyyat,   informatika,  fizika,  kimya və biologiya bölməsindən ibarət olsun.

2. Bütün bölmələrə bu sahədə   yüksək təcrübəsi olan mütəxəssislərdən ibarət rəhbərlər təyin edilsin.

3.  Olimpiadalara marağı olan və bu sahənin bilicisi olan  müəllimlər müsabiqə yolu ilə məşğələlərin və şagirdlərin hazırlanmasına cəlb edilsinlər. (Bu mərkəzdə çalışacaq müəllimlərin əmək haqlarının xüsusi statusla ödənilməsi mühüm amillərdən biridir).

4. Şagirlər bu mərkəzdə olimpiadalara hazırlaşdığından yaxşı olardı ki,  onların  təhsilləri də həmin mərkəzdə təşkil olunsun



5. Şagirdlərin sağlamlığı və qidalanması üçün  Olimpiada mərkəzinin yeməkxanası, idman zalı və həkim məntəqəsinin olması da çox vacibdir.

6. Mərkəzin nəzdində mərkəzin fəaliyyətini əks etdirən muzeyin olması da çox əhəmiyyətli olardı. Orada müxtəlif illərdə qazanılan medallar, bu sahə ilə bağlı kitab və  müxtəlif audio-video materiallar toplanmalıdır.  Həmçinin muzeydə mərkəzin şagirdlərinin  hansı məktəbin şagirdləri olması haqqında məlumatlar toplanmalıdır. Bu məlumatlar əsasında olimpiadaların nəticələrinə görə şagirdlərin hansı məktəbdən gəldiyinə görə onun oxuduğu məktəbin  fəaliyyətini qiymətləndirmək və məktəbləri müqayisə etmək və qiymətləndirmək olar.

Olimpada mərkəzi tərəfindən mütamadi olaraq internet üzərindən  on-layn olimpidalar keçirmək və nəticələrin on-layn verilməsini təşkil etmək daha məqsədli olardı. Olimpada mərkəzində hazırlanmış materiallardan olimpiadanın bütün mərhələləri üçün tapşırıqlar seçmək və bütün bölgələrdə bu tapşırıqlardan faydalanmaq olar. Bir sözlə bu mərkəz  fənn olimpiadalarının təşkili və aparılması üçün çox mühüm əhəmiyyəti olar.

 

 

                                     Fizka-riyaziyyat və informatika

                                     təmayüllü liseyin informatika müəllimi , Valid  Məhərrəmov.

  

     

Onunla fəxr edirik

Rəhbərimizdən

Facebook səhifəmiz

Copyright MyCorp © 2017