Şənbə, 20.04.2024, 05:40
Xoş Gördük Guest | RSS

ALQORİTM dərnəyi

Əsas menyu
Statistika

Hazırda onlayn : 1
Qonaqlar : 1
İstifadəçilər : 0

Sizin İP : 18.189.180.76
Veb səyyah :



Haqqımızda




D ə r n ə k    h a q q ı n d a

Fizika-riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən "ALQORİTM” dərnəyi 1989-cu ildən fəaliyyətdədir. Dərnəyimizin əsas məqsədi İnformatikadan məsələlərin həlli üzərində işləmək və İnformatika üzrə respublika və beynəlxalq olimpiadalarda iştirak etməkdir. Bu məqsədlə dərnək üzvləri yuxarıda qeyd etdiyimiz bu illər ərzində keçirilmiş Olimpiadaların məsələlərini təhlil edir və öz gündəlik fəaliyyətində daim istifadə edir. "ALQORİTM” dərnəyinin fəaliyyəti dövründə bir çox uğurları olmuşdur. Bu illər ərzində dərnək üzvlərindən respublika və beynəlxalq olimpiadaların iştirakçıları və qalibləri olmuşdur. Beynəlxalq olimpiadalarda iştirakçılar və qaliblər - 8 nəfər Respublika olimpiadasında qaliblər – 20 nəfər Dərnək üzvləri müsabiqələrdə diplom və xüsusi mükafatlara layiq görülmüşlər. O cümlədən Təhsil Nazirliyinin keçirdiyi "GƏNC KOMPYUTER İSTEDADLARI” müsabiqəsinin diplomuna, "ATV” telekanalında yayımlanan "LG Bilik Akademiyası” yarışmasının mükafatına. Dərnək üzvləri bir neçə dəfə İctimai televiziyada yayımlanan "Virtual Ring” və ANS telekanalının "Ağıl Dəryası” yarışmasında iştirak edib, mükafata layiq yerlər tutmuşlar. Dərnək üzvlərindən bu gün dünyanın aparıcı universitetlərində çalışan və təhsil alanlarımızla fəxr edirik! Liseyimizdə "ALQORİTM” dərnəyinin aylıq divar qəzeti fəaliyyət göstərir.

/Dərnəyin rəhbəri : Məhərrəmov Valid
Onunla fəxr edirik

Rəhbərimizdən

Facebook səhifəmiz

Copyright MyCorp © 2024